İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə şəhərində məktəbdə yanğın olub - FOTO - YENİLƏNİB

722 22.12.2019 17:50 Hadisə A A

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda üçmərtəbəli orta məktəb binasının birinci mərtəbəsində 2 ədəd xalça və 3 ədəd stol yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Gəncə şəhərində tam orta məktəbdə yanğın olub.

APA -nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Yanğın Əhməd Cavad adına 2 saylı məktəbin zalında başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsinin qarşısı alınıb.

Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə şəhərində Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR