İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - VİDEO

924 26.04.2024 20:41 Ölkə A A

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub.

Şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekvat hərəkətlər etdiyini bildiriblər.

Bundan sonra binada kameralar quraşdırılıb. Məlum olub ki, həqiqətən gecə saat 02-03 radələrində bir qadın üzünü örtərək və ayaqqabısız halda pilləkənlərlə hərəkət edərək qapıları döyür və daha sonra uzaqlaşır. Həmin qadın özü də qeyd edilən binada yaşayırmış.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülərdəki şəxsin əqli qüsurlu olduğu və ruhi-əsəb dispanserində qeydiyyatda olduğu müəyyən edilib: "Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək". (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR