İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX direktoru AÇIQLADI - Terror aktının təşkilatçısı...

1474 26.03.2024 17:39 Region A A

“Krokus Siti Holl”da terror aktını sifariş edən şəxsin kimliyi hələ müəyyən edilməyib.

Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib.

"Gələcəkdə biz birbaşa təşkilatçıları müəyyən etmək üçün lazım olan hər şeyi edəcəyik", - o deyib.

Bortnikov bildirib ki, bu terror aktı Rusiyada vəziyyəti sarsıtmaq və cəmiyyətdə çaxnaşma yaratmaq məqsədi ilə törədilib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva vilayətindəki Krasnoqorsk rayonunda yerləşən “Krokus Siti Holl”a bir qrup silahlı şəxs basqın edib. Son məlumatlara görə, terror aktı nəticəsində 139 nəfər həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR