İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın orta əsr düşüncəli siyasi elitası...

763 19.01.2022 14:51 Gündəm A A

Bir vaxtlar Fransa “demokratiya beşiyi” adlandırılırdı. Dinindən, iqrindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəsin bu ölkədə hüquqlarına, haqlarına hörmətlə yanaşıldığı, yüksək təfəkkür haqda ağız dolusu danışırdılar.Ancaq illərdir Fransada müşahidə olunan proseslər tamamilə başqa düşüncələr formalaşdırır. Qısa desək, ya Fransada demokratiya gora gedib, cəhənnəmə gedib, yaxud da heç əvvəlindən olmayıbmış, sadəcə bu cür pərdələnirmişlər...

Xüsusi ilə Fransanın siyasi elitasının davranışları söyləməyə əsas verir ki, onlar üçün kimin haqlı, kimin haqsız olması prioritet deyil. Fransa kimi bir dövlətin müasir siyasi elitası dini qarşıdurmalar yaratmağa çalışır, İslama, müsəlmanlara qarşı “Səlib yürüşləri” edir, heç bir norma, hüdud tanımaq istəmirlər.
Fransanın hazırkı rəhbərliyinin hansı yanaşmalarda, ədalət prinsiplərinə necə “əməl etdiklərinə” bütün dünya İkinci Qarabağ savaşı zamanı gördü. Birmənalı olaraq işğalçı, terrorçu ölkəni dəstəklədilər...
Fransada qərəzli, islamofob, ermənipərəst siyasəti sanki bir dövlət xəttinə çevirmək istəyirlər. Fransada seçkiöncəsi baş verənlərdə bunu sezmək çətin deyil.
Fransanın prezidenti olmaq istəyən iki şəxs – yazıçı, yeni “Rekonkista” hərəkatının lideri Erik Zemmur və Respublikaçılar Partiyasının namizədi, paytaxt Parisin də daxil olduğu İl de Frans regionunun başçısı Valeri Pekresin davranışları sadəcə heyrət doğurur. Onlar fərqindədirmi hansı dövlətin rəhbəri olmaq istəyirlər?
Əhalisinin təxminən 9 faizi (7 milyona yaxın insan) müsəlmanlar olan Fransanın prezidentliyə namizədləri olan bu kəslər İslam düşmənləri olduqlarını nəinki gizlətmir, bu yöndə açıq fəaliyyət göstərirlər.
Təsəvvür edin, 21-ci əsrdə orta əsrlər təfəkkürü ilə yanaşırlar, davranırlar. Müsəlmanlara qarşı “Səlib yürüşləri”nin başqa mənasını tapmaq olmur.
Fransada yaşayan təxminən 650 min erməninin guya dəstəyini almaq üçün min oyundan çıxırlar, hüquq və azadlıqlara, beynəlxalq hüquqa da tüpürürlər. Hansı ki, Fransada, qeyd etdiyimiz kimi, 7 milyona yaxın müsəlman yaşayır və əksəri vətəndaşdır. Belə aydın olur ki, ermənilərdən dəstək almaq üçün islamofob xətt tutmaları da bir bəhanədir. 7 milyonun dəstəyini, səsini 650 min nəfərlə əvəzləmək məntiqini anlamaq olmur. Sadəcə, bu cür gedişatlar geriçiliyin, antidemokratik xəttin təzahürləri kimi başa düşülür.
Fransada prezidentliyə namizədlər Valeri Pekres və Erik Zemmur seçki kampaniyalarına nə qədər qəribə olsa da, Ermənistandan başlayıblar. Faktiki erməni şousu ilə məşğuldurlar...
Pekres hətta əndazəni aşaraq Qarabağa da qanunsuz səfər etdi.

7d5d9d85-2c9d-4407-8334-3c2fb1df450a.jpg (52 KB)
Bu adam bir anlıq düşünək ki, Fransanın prezidenti seçildi. Bu halda Azərbaycana qarşı bağışlanmaz səhvini necə düzəldə biləcək?
Burada xatırladaq ki, Azərbaycan Fransa ilə əlaqələrin inkişafında daim maraqlı və səmimi olub, bu ölkədə dostluğa, multikultural dəyərlərə söykənən xeyli humanitar layihələr də icra etmişik. Fransa isə qarşılığında qərəz nümayiş etdirir..
Erik Zemmur siyasətlə yanaşı, üstəlik yazıçıdır, amma özünü tam bir təriqət lideri kimi aparır.
Antiislam davranışlarına görə 2 il öncə məhkəmə onu cərimə də etdi. Digər bir məhkəməyə də cəlb olunub, məhz dinlərarası təfriqə yaratmaq cəhdlərinə görə.
Onun nə dərəcədə radikal, antidemokratik düşüncəli olması ötən ilin payızında sərgilədiyi bir davranışından da bəlli olur. Həmin vaxt prezidentliyə namizədliyini verəcəyinə dair məlumatlar yayılan Zemmur qatıldığı sərgidə jurnalistlərə silah tuşlayıb və "Geri çəkilin, geri çəkilin" deyə onlara guya zarafat edib. Söz azadlığına verilən “dəyər”...

skynews-eric-zemmour-gun_5553585.jpg (37 KB)
Sirr deyil ki, siyasi liderlərin, ölkə rəhbərliyinin davranışları, yürütdükləri xətt cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bu cür haqq, hüquq tanımayan, müsəlmanlara qarşı orta əsrlər təfəkkürü ilə hücumlar edən adamların Fransa cəmiyyətinə hansı “töhfələri” olacağı da bir başqa mövzudur...
Yuxarıda qeyd etdik ki, nihilist, anti-İslam, ədalətsiz davranışların Fransanın dövlət siyasətinə çevrilməsi müşahidə olunur. Buna daha bir nümunə: Prezident İlham Əliyev ötən həftə Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar haqlı, arqumentli tənqidlərini söyləmişdi. Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian isə prezident Makronun rəqibi olan Prekesin müdafiəsinə qalxıb, Azərbaycan Prezidentinə qarşı hədyanlar səsləndirib.

Bu, həm beynəlxalq hüququn, həm də diplomatik normaların kobud pozuntusu olmaqla yanaşı, bir daha o fikri təsdiqləyir ki, Fransada qanundankənar, islamofob davranışlar bir dövlət xəttinə çevrilir: Nazir öz komandasının rəqibi olan prezidentliyə namizədin də bu yöndə qanunsuzluqlarına – təxribatçı davranışlarına qoşulursa, buna şübhə qalmır.
Barəsində “demokratiya dastanı” bağlanan Fransa budursa, fransız siyasi elitası özü haqda çox düşünməlidir...

Elşad MƏMMƏDLİ

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR