İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Lion şəhərində növbəti dəfə iğtişaşlar olub

304 07.03.2021 03:27 Dünya A A

Fransanın Lion şəhəri yaxınlığındakı Bron kommunasında naməlum şəxslər iğtişaşlar törədib, polislə toqquşmalar təşkil ediblər.

APA xəbər verir ki, bu barədə “Proqre” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, iştirakçılar zibil qutularını yandırıb, küçələrdə hərəkəti çətinləşdiriblər.

Fransanın daxili işlər naziri Jerald Darmanen Bronda keçirilmiş xüsusi əməliyyat zamanı beş nəfərin saxlanıldığını bildirib. Ümumilikdə isə Lion metropolitenində 21 nəfər həbs olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR