İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa prezidenti: İrana nüvə öhdəliklərinə əməl etməsi üçün təzyiq edəcəyik

292 06.06.2024 13:08 Dünya A A

“Əl-Ərəbiyyə” saytı xəbər verib ki, iyunun 3-də Paris London və Berlin ilə birlikdə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinə qətnamə layihəsi təqdim edib.

 Məlumata görə, sözügedən layihədə İran hökuməti Agentliklə əməkdaşlıq etmədiyinə görə qınanıb və cavab verməsi tələb edilib.

 Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan görüşdən sonra Fransa hökuməti bəyanatında bildirib: “Paris və tərəfdaşları Tehranın beynəlxalq öhdəliklərinə əməl etməsini təmin etmək üçün nüvə proqramı ilə bağlı İrana basqıların artıracaqlar”.

 Qeyd olunub ki, bəyanat Avropa ölkələrinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinə İrana qarşı qətnamə layihəsi təqdim etməsindən bir neçə saat sonra yayılıb. /Azad İran

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR