İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa məhkəməsi yeniyetməni güllələyən polis barədə qərar verdi

824 06.07.2023 15:28 Son xəbər A A

Fransanın Apellyasiya Məhkəməsi yol patrulunun tələblərinə əməl etməyən yeniyetməni güllələyən polis məmurunun həbsinə dair qərarı qüvvədə saxlayıb.

Məlumata görə, videobağlantı vasitəsilə keçirilən məhkəmədə polis əməkdaşının həbsxana kamerasından azadlığa buraxılması məsələsinə baxılırdı.

Xatırladaq ki, iyunun 27-də yol polisinin əmrinə tabe olmaqdan imtina edən 17 yaşlı sürücü qətlə yetirilmişdi. Əlcəzairli yeniyetməni xidməti silahla vuran polis nəzarətə götürülmüş, hadisə bütün ölkədə iğtişaşlara səbəb olmuşdu.

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR