İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistanı intihara sürükləyir - Bakı “yardımçı” ola bilər

698 24.10.2023 08:00 Siyasət A A

Regiondan min kilometrlərlə uzaqda olan Fransa “kiçik bacısı” Ermənistanı Azərbaycanla tezliklə sülh anlaşması imzalamağa təşviq eləmək və bölgədə böyük sülhə töhfə vermək əvəzinə, onu yeni hərbi avantüraya hazırlayır. Bunu Fransa müdafiə naziri Sebastyan Lekornunun iki ölkə arasında silah satışı ilə bağlı saziş imzalanacağı və müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınmasının nəzərdə tutulduğu haqda 21 oktyabr açıqlaması bir daha təsdiq edir.

S.Lekornu bildirib ki, Fransa və Ermənistan İrəvan tərəfindən fransız silahlarının alınmasına dair razılaşma imzalayacaq.

“Bazar günü biz Ermənistan Respublikasının fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda öz sərt xəbərdarlığını artıq edib. Prezident bildirib ki, Fransanın Ermənistana hərbi yardım göndərmək qərarı yeni münaqişəyə görə Parisi məsuliyyət daşıyacaq tərəfə çevirəcək.

“Görünür, Fransada hesab edirlər ki, Azərbaycan Ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır”.

Bunu politoloq Elxan Şahinoğlu fransalı nazirin açıqlamasını şərh edərkən deyib.

“Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımi silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu, Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa Birliyi dövlətlərinin Azərbaycana silah və hərbi texnika satmasını asanlaşdıracaq”, - politoloq əlavə edib.

 

 

Onu da bildirək ki, Fransanın Ermənistanı silahlandırması və regionda sülhə təhlükə olacaq siyasət yürütməsinə cavab olaraq, demək olar ki, Fransa-Azərbaycan əlaqələri dondurulub, bütün təmaslar dayandırılıb.

Bundan əlavə, Azərbaycan Fransaya Ermənistanı silahlandırmasına və neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmasına imkan verməyəcək, Fransa Afrikadan qovulduğu kimi, Cənubi Qafqazdan da qovulacaq. Fransanın Cənubi Qafqazda möhkəmlənmək xəyalı puç olacaq və nə Gürcüstanda, nə Ermənistanda güclənməsinə imkan verilməyəcək.

Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdi Ermənistana baha başa gələcək, İran və Rusiya bunu bağışlamayacaq. Bu da bizim işimizə tam yarayır. Ermənistanı Suriya və Ukraynanın aqibəti gözləyir. Bu barədə artıq dünya mediasında gedən xəbərlər tirajlanmaqdadır. Ermənistan dövlətçiliyi sual altındadır, bu təzyiqlər altında müstəqil dövlət kimi yaşaya bilməyəcək.

Azərbaycan və Türkiyə Ermənistan üçün təhlükə deyil. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və istəyinə nail olub. Amma Ermənistan bu siyasəti ilə öz dövlətçiliyini itirməyə doğru gedir.

Onu da unutmayaq ki, Paşinyan iqtidarı Avropadan gələ biləcək dəstəyə çox ümid edir. Amma İran və Rusiyanın təzyiqləri qarşısında nə ABŞ, nə Fransa, nə də Aİ missiyası Ermənistana kömək edə bilməyəcək.

Yaranan mövcud durum ətrafında bir sıra suallar da yaranıb.

Gerçəkdən niyə Azərbaycan da Qərb ölkələrindən silah almasın? Üstəlik, Ermənistandan fərqli olaraq, buna maddi imkanları qat-qat böyük ola-ola.

Bəs kapitulyant ölkə nə xəyal edir? Bunca itkilərdən, faciələrdən sonra nədən intihara doğru dartınır? Nəyə ümid edir? Fransa silahları balansı nə dərəcədə dəyişə bilər və bu nə silahlardır?

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli: “Yaranan məsuliyyət Ermənistanla yanaşı Fransanın da üzərinə düşəcək”

Hərbi ekspert Emin Həsənli hesab edir ki, Ermənistanla yanaşı Fransa da artıq məsuliyyət daşıyan tərəfə çevrilib: “Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. O, daim böyük ölkələrin əlində alət olub. Uzun müddət Rusiyadan, sonradan Amerikadakı erməni diasporasından, indi də elə Amerika və Fransadan asılıdır. İranla münasibətləri də normaldır. Amma fikirləşməlidirlər ki, heç nəyə nail ola bilmədilər. Qondarma rejimi nə tanıda, nə də özlərinə birləşdirə bildilər. Əksinə, orduları darmadağın oldu, iqtisadiyyatları çökdü, xeyli sayda insan itkisi verdilər, böyük bir biabırçı məğlubiyyətlə üzləşdilər. Ard-arda da hərbi və diplomatik müstəvidə məğlub olmaqdadırlar. Fransa müstəmləkəçiliyin ən ağır formasını dünyada həyata keçirib. Afrikada həyata keçirdiyi soyqırımlar hamımıza məlumdur. 300 ildir ki, Afrikanın bütün sərvətini sümürür. Adi su quyuları belə yaratmayıblar, insanlar çox acınacaqlı durumda yaşayırlar. Minimum qida ehtiyacları belə yoxdur. Ən kasıb qitə Afrikadır. Fransa öz mənafeyi naminə bütün dəyərlərin üstündən xətt çəkib. İndi də Ermənistandan istifadə edir. Ermənistana "kiçik bacım" deyə-deyə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Amma Afrikada son dövrlərdə Fransanın təsir dairəsində olan ölkələrin Rusiya və Türkiyəyə güzəştə getmək məcburiyyətində qaldıqlarının şahidi olduq. Orada hər iki ölkəyə yaxın qüvvələr hakimiyyətə gəldilər və bütün bu proseslər davam etməkdədir. Fransa düşünür ki, Cənubi Qafqazda möhkəmlənə bilər. Amma boş xülyadır. Öncəliklə Azərbaycan buna imkan verməyəcək. Azərbaycan-Türkiyə əməkdaşlığı ordumuzu daha da gücləndirəcək. Burada İsraillə olan hərbi əməkdaşlığı da unutmayaq. Fransanın hansı silahlar verməsindən asılı olmayaraq, Ermənistanın bölgədə nicat yolu Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti qurmaqdır. Əks halda bölgəni tərk edib getməlidir. Əvvəllər Rusiyadan silah-sursat alanda onu fəxr hissi ilə təbliğ edirdilər. Biz 44 günlük Vətən müharibəmizdə Ermənistanın gücünü görmüşük. Bütün dünya da Azərbaycan və Ermənistanın gücünün nə yerdə olduğunun şahidi oldu. Bir günlük antiterror tədbirlərimiz də hər şeyi sübut etdi. Ermənistan Fransa ilə hansı müqavilələri imzalamasından asılı olmayaraq, heç nəyə nail ola bilməyəcək. Əksinə, Ermənistanın durumu daha da çətinləşəcək. Fransa, sadəcə, Azərbaycan və Türkiyə ilə, eləcə də bu iki qardaş ölkəyə yaxınlığı ilə seçilən dövlətlərlə münasibətlərini daha da kəskinləşdirəcək. Hazırda bölgədə sülh və əməkdaşlıq Ermənistana lazımdır. İrəvan bu şansı əldən versə, vəziyyəti, bir dövlət kimi mövcudluğu sual altına düşəcək. Yaranan məsuliyyət Ermənistanla yanaşı Fransanın da üzərinə düşəcək".  

Jurnalist Səxavət Məmməd həbs edilib » Reyting.az

Səxavət Məmməd: “Fransa Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb çıxarmaq niyyətindədir”

Hərbi ekspert Səxavət Məmməd Fransanın bununla Azərbaycana öz aləmində guya göz dağı verdiyini qeyd etdi: “44 günlük müharibəyə qədər Azərbaycan və Ermənistan ordusu əsasən Rusiya silahları alırdı. Bunun səbəbləri də vardır. Çünki hər iki ölkə sovetlərdən ayrılmışdı və zabit heyəti məhz o silahlar üzrə ixtisaslaşmışdı. Azərbaycan yalnız PUA və bəzi raketləri Türkiyə və İsraildən tədarük etmişdi. Müharibədən sonra vəziyyət dəyişdi. Ermənistan öncə Hindistan bazarına üz tutdu. Ardınca isə Fransa variantı gündəmə gəldi. Hazırda dünyada baş verən gərginlik fonunda Azərbaycan və Ermənistan da silahlanmaya gedir. Ermənistan daha çox müharibə zamanı itirdiklərinin yerini doldurmaqla məşğuldur. Müharibə zamanı erməni səngərlərindən Fransa istehsalı olan snayper tüfəngləri çıxmışdı. Hesab edirəm ki, Ermənistan Fransadan atıcı silahlardan daha çox tank əleyhinə vasitələr, hava hücumundan müdafiə sistemləri və artilleriya vasitələri ala bilər. Fransa dünyanın adlı-sanlı silah istehsalçılarından sayılır. Ermənistanın Fransadan silah alması erməni ordusunun gücünə güc qatacaq, ancaq bu, qüvvələr nisbətini dəyişməyəcək. Çünki Azərbaycan tərəfi də silah almaqda davam edir. Bundan əlavə, Azərbaycan Ordusu əlində olan silahların moderinləşməsini də həyata keçirir.

Fransanın Ermənistana silah satmaq istəməsinin arxasında həm də Parisin Cənubi Qafqazla bağlı marağı dayanır. Bundan əlavə, Fransa Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb çıxarmaq niyyətindədir. Hesab edirəm ki, rəsmi Bakı baş verənləri və Ermənistanın silahlanmaqda davam etməsini ciddi şəkildə izləməlidir. Çünki iki ölkə arasında faktiki olaraq sülh müqaviləsi yoxdur. Bu o deməkdir ki, vəziyyət istənilən vaxt dəyişə bilər. Qarşı tərəfi həmişə düzgün qiymətləndirmək lazımdır. Biz bunu İsrail-HƏMAS toqquşmasında gördük. İsrail tərəfinin HƏMAS-ı ciddiyə almaması İsrailə baha başa gəldi. Hesab edirəm ki, qələbə eyforiyasını kənara qoyub, proseslərə soyuqqanlı yanaşılmalıdır".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR