İnsanlara hürriyət, millətlərə istiqlal!

Foruma qatılan Baş katibin halı pisləşdi - FOTO

1366 16.03.2018 10:39 Son xəbər A A

VI Qlobal Bakı Forumunda iştirak edən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Əkmələddin Ehsanoğlu bundan əvvəlki tədbirlərə qatıla bilmədiyinə görə təəssüfünü ifadə edib.

Regional problemlərdən danışan cənab Ehsanoğlu birdən çıxışını dayandırıb və özünü pis hiss etdiyinə görə nitqini davam etdirə bilməyəcəyini deyib.

Musavat.com-un xəbərinə görə, o, əməkdaşların köməyi ilə iclas zalını tərk edib. Daha sonra Baş katibi müayinə etmək üçün həkim çağırılıb. Türkiyə XİN-in sabiq rəhbəri Hikmət Çətin və digər təmsilçilər Baş katibə yaxınlaşıb onun sağlıq durumu ilə yaxından maraqlanıb. 

Həkimlər Musavat.com-un əməkdaşına xəstənin durumu ilə bağlı bunları deyiblər: "Təzyiq, şəkər, anamiya var. Amma kritik durum keçdi".

ELŞAD Paşasoy
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR