İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalının 1 aylıq fövqəladə rejim təklifinə iki fərqli yanaşma

4316 02.07.2020 09:50 Gündəm A A

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədəki pandemiya şəraitindən çıxış yolu kimi maraqlı təklif səsləndirib.

Deputat deyib ki, variantlardan biri ölkə olaraq tam 1 ay fövqəladə rejimə keçməkdir: “Kimlərsə işləmirlərsə, onlara müavinət verilməlidir. 600 mindən yuxarı olmalıdır. Belə variantlar var ki, bəlkə 1 ay tam fövqəladə rejim tətbiq olunsun. Dövlət öz imkanları ilə 2 milyard dollar vəsait xərcləsin, insanlar tamamilə maddi cəhətdən minimum ehtiyaclarını ödəyə bilsinlər. Hər ailədən 1-2 nəfər müəyyənləşdirilməklə 2 gündən bir supermarketlərə gedərək ailənin ehtiyaclarını həll etmək üçün alış-veriş edib, dərhal evə qayıdır. Gedəndə də tibbi maska və əlcəklərdən istifadə edir. Bir ay müddətində bu tətbiq olunarsa, insanlarımız evdə qalarsa - yaydır, çətindir, amma başqa variantımız yoxdur - bu kəskin mövqe və insanlarımızın ərzağa minimum tələbatı ödənərsə, virusa yoluxmada çoxalma tendensiyasının qarşısını almaq olar”.

F.Ağamalı hesab edir ki, bir ay sonra birbaşa yumşalma yox, ciddi və sərt karantin rejimindən nisbətən məhdudlaşdırıcı rejimə keçmək olar:

“Orada bir şərt var - insanlarımız hər hansı ehtiyacın içində yaşamalı deyil. İşləyən bilir ki, icazəsi var, fəaliyyətini qurur, evinə çörək apara bilir. O insanların ki, müəssisəsi dayanıb, işləmir, onların minimum ehtiyacları ödənməlidir və bu ehtiyaclar ödənəndən sonra artıq bəhanə qalmır. Ehtiyac zənbili bir ailədəki bir nəfərə 180 manat nəzərdə tutulub. Optimal rəqəm də tapıla bilər”.

AG Partiyanın sədri Tural Abbaslı deyir ki, deputatın təklifi qulağa xoş gəlir: “Amma bu təklif altı doldurulmayan təklifdir. İnsanları 1 ay ərzində evdə oturtmaq, onların sosial, kommunal və digər xərclərinin dövlət tərəfindən ödənilməsi, zavod və fabriklərin dayanması, tükətimin azalması, bütün bunların iqtisadi tərəfləri və həmçinin insanlara sosioloji, psixoloji təsir aspektləri dəqiq öyrənilməli, ölçülməlidir. Bundan sonra geniş plan açıqlanmalıdır. Düşünmürəm ki, hökumətin əlində hələlik belə bir plan var. Hələlik bu bir təklif kimi səsləndirilir”.

Ağ partiya başqanı Tural Abbaslı Rauf Arifoğlunu dəstəklədi - YouTube

Tural Abbaslı: “Qarşılıqlı etimad və nəzarət mühitində vəziyyətdən çıxmaq olar”"

Partiya sədri deyir ki, insanların təminatsız şəkildə evdə oturtmaq daha böyük fəlakətlərə gətirib çıxara bilər: “Deyilir ki, büdcədən 2 milyard dollar ayrılsın. Bu pulların xərclənməsi mexanizmi yoxdur. Bu pullar insanlara necə çatdırılacaq? 190 manatın gününə düşəcək? Həmin 1 ay ərzində iqtisadiyyata dəyən zərəri həmin o 2 milyard qarşılayacaqmı? İş yerlərinə necə dəstək veriləcək? Düşünürəm ki, bu suallara indilik cavab yoxdur”.

Partiya sədri təklif edir ki, Operativ Qərargaha reputasiyası təmiz şəxslər əlavə edilməlidir: “Qərargahın qərarlarının icra vəziyyətinə ictimaiyyətin, müxalifətin, cəmiyyətin digər təbəqələrinin nəzarəti olmalıdır. Qarşılıqlı etimad və nəzarət mühitində vəziyyətdən çıxmaq olar”. 

Partiya sədri deyir ki, artıq hər kəs başa düşür ki, bu xəstəlikdən fərd olaraq qorunmalıdır: “Artıq hər birimizin qohumunda, tanışında koronavirusa yoluxanlar var. Vəfat edənlər də var. Hazırda insanlar təhlükə ilə üz-üzədir. Artıq insanlar öz hesablarına koronavirusla mübarizə aparacaqlar. Bu cür vəziyyətdən çıxacaqlar. Yəni artıq insanlar özləri görürlər ki, bu virus nə dərəcədə təhlükəlidir. Əvvəllər inanmayanlar da durumu görüb qorunma yolları aramağa başlayıblar. Epidemiyadan bu cür xilas ola bilərik. Operativ Qərargahın ümidinə qalsaq, çətin olacaq”.

Təyin olunana işləməyə imkan verilməlidir, sındırmaq olmaz ...

Əkrəm Həsənli: “Bütövlükdə məsələnin belə sərt yolla həllinin mən də tərəfdarıyam”

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, səsləndirilən təkliflə razıdır: “Bütövlükdə məsələnin belə sərt yolla həllinin mən də tərəfdarıyam. Virusun yayılmağa başladığı Çində çox sərt addımlar atmaqla problemi əsasən həll etdilər. Azərbaycanda əsas problem əhaliyə ödəniləcək məbləğlə bağlıdır. Adambaşına 180 manatla 1 ay dolanmaq olar. Sadəcə, insanlara izah etmək lazımdır ki, evdən çıxmaq olmaz. 2 həftəlik karantin elan olunub. Amma bu hiss olunmur. İnsanlar küçələrdən yığışmır. Epidemiyanın genişlənməsi də məhz həmin o şəxslərin hesabınadır”.

Hüquqşünas deyir ki, cərimələri daha da ağırlaşdırmaqla, eyni zamanda əhaliyə təcili olaraq dolanışıq üçün pul ödəməklə vəziyyətdən çıxmaq olar: “Dövlət hər kəsə pul ödəməlidir. Kimin pulu var, işi var ona da, pulu və işi olmayana da pul ödənməlidir və tələb olunmalıdır ki, insanlar evdə otursunlar. Oturmayanlar böyük cərimələr ödəməyə məcbur edilməlidir”.

Hüquqşünas deyir ki, əhaliyə ödəmələr bank kartları vasitəsilə ötürülməlidir: “190 manatı ödəyərkən verilən bank kartlarına, əmək haqqı, pensiya, müavinət kartlarına ödəmələr olmalıdır. Elə etmək lazımdır ki, insanların bankların önünə yığılıb virusa yoluxma riski olmasın. Artıq hər kəs virusun nə dərəcədə təhlükəli, ölümcül olduğunu ətrafında olan yoluxma və ölüm hallarına görə görür. Virusun varlığına şübhə ilə yanaşanlar da artıq özləri üçün nəticə çıxarmağa başlayıblar. Yəni kimsədə şübhə qalmayıb ki, virus var və öldürücüdür”.

Hüquqşünas telekanalların efir siyasətində dəyişiklik olunmasını da təklif edir: “İnsanların əksəriyyəti telekanallara etalon kimi baxır. Ora çıxan insanlara da münasibət adekvat olaraq belədir. Baxırlar ki, canlı verilişə tanıdıqları bir şəxs gəlib. Düşünürlər ki, virus varsa və belə təhlükəlidirsə, filankəs efirə necə gəlib çıxıb? 1 ay ərzində telekanallarda belə verilişlər olmamalı, telekanallar gündəlik  xəbərlərdən başqa yeni veriliş istehsal etməməlidirlər. Bu halda insanlar hiss edəcək ki, ölkədə fövqəladə rejim var. Evdən çıxmaq yalnız ərzaq ehtiyacına görə olmalıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR