İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəxri Uğurlunun 50 yaşı tamam oldu

1264 05.09.2018 15:26 Son xəbər A A

Yazıçı-publisist Fəxri Uğurlunun 50 yaşı tamam olur.

Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu) 1968-ci il sentyabrın 5-i Bakı şəhərində doğulub. 1993-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Dövri mətbuatda ilk yazısı 1986-cı ildə “Azərbaycan gəncləri” qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, “Ulduz”, “Pioner”, “Gənclik” jurnallarında, “İlham”, “Səs”, “Novruz”, “Dədəm Qorqud” qəzetlərində yazıları çap olunub.

1991-ci ildən “Novruz” qəzetinin müxbiri, 1992-ci ildən “Yol” qəzetinin redaktoru, 1994-cü ildən “525-ci qəzet”in şöbə müdiri vəzifələrini tutub.

1996-cı ilin əvvəlindən iyul ayınadək “Müxalifət” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb.

1996-cı ilin iyul ayından yeni nəşr olunan “Rezonans” qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb. 1998-ci ilin aprel-avqust aylarında bu qəzetin baş redaktoru olub.

1998-ci ilin sentyabr ayından dekabr ayınadək “İntibah” qəzetinə baş redaktorluq edib.

1998-ci ilin dekabr, 1999-cu ilin yanvar aylarında “Hürriyyət” qəzetinin məsləhətçisi vəzifəsində işləyib.

Bundan sonra bir müddət “Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin “Eqo” ədəbi əlavəsinin məsul redaktoru olub.

1999-cu ilin dekabr ayında “Avropa” qəzetini təsis edib. 2000-ci ilin fevral ayından nəşrə başlayan bu qəzetin həm də baş redaktoru olub. 2003-cü ildə qəzet nəşrini dayandırandan sonra fəaliyyətini müstəqil jurnalist kimi davam etdirib.

2008-ci ilin dekabr ayından 2009-cu ilin may ayınadək “Altun kitab” nəşriyyatının baş redaktoru vəzifəsində çalışıb.

2011-ci il ərzində “Toplum” vətəndaş cəmiyyəti jurnalının redaktor müavini olub.

2013-cü ilin fevral ayından 2014-cü ilin sentyabr ayınadək Mediaforum.az xəbər saytının redaktoru kimi fəaliyyət göstərib.

2014-cü ilin sentyabr-dekabr aylarında Tərcümə Mərkəzinin orqanı olan “Aydın yol” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2015-ci ilin oktyabr ayından Bilik Fondunun məsləhətçisi vəzifəsinə işə qəbul olunub.

2016-cı ilin aprel ayından “Multikulturalizm” jurnalının baş redaktorudur.

1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Tək ağac” (1991), “Diləklərin azması” (1992), “Oğuznamələr” (professor Kamil Vəliyevlə birlikdə, 1993), “Üç kəndin bir dərdi” (Şəhidlər haqqında, 1995), “Uşaqların mahnısı” (1999), “Mövlana Cəlaləddin Rumi və onun “Məsnəvi”si” (2007), “Hekayələr” (2010) kitablarının müəllifidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR