İnsanlara hürriyət, millətlərə istiqlal!

FETÖ narahatlıq içində - Gülənçilərin seçki planları MƏHV OLUR

1251 22.05.2023 15:55 Yazarlar A A

Sinan Oğanın açıqlayacağı qərarın ya Cümhur İttifaqı, ya da tərəfsizlik olacağını yazmışdıq. Artıq ATA İttifaqı yoxdur və görünən odur ki, İYİ Partidən ayrılıb Zəfər Partisini quran Ümit Özdağ bundan sonra da müxalifətdə qalmaq fikrindədir. Bu halda seçkidə toplanın 5,2 faizin ciddi bir hissəsi indidən ərimiş sayıla bilər.

Ancaq Sinan Oğanın seçəcəyi tərəfə səs verənlər də olacaq. Bu kəsimin içərisində sadəcə Oğanın çağırışı ilə deyil, reallığı dəyərləndirərək Cümhur İttifaqına səs verənlər də var. Bu gün ilk toplantısı keçirilən TBMM-də siyasi partiyaların bölgüsü reallığı tam əks etdirir. Məclisdə ən çox səs AK Partidə, bütünlükdə Cümhur İttifaqındadır. Kılıçdaroğlu seçkidə udub prezident olsa belə onun hansısa qərarı Məclisdən keçirmək şansı 0-dır. 28 maya iqtidar bu reallığın məmnuniyyəti, müxalifət isə məyusluğu ilə gedir. Hər iki tərəf bilir ki, yetərincə siyasiləşmiş vətəndaş Məclisdəki reallığı görür və ikinci turda ölkə üçün əyləc rolunu oynamaq istəməyəcək.

Narahat olan əsas qüvvə isə FETÖ-dur. Milliyətçi düşərgənin həm iqtidar, həm də müxalifət komandasında ağırlıq yaratması Gülən cammatının sadəcə indiki deyil, gələcək seçki üçün də planlarını pozur. Ölkənin siyasi vitrininə yeni gələn şəxslərin çoxu millitətçi düşərgədəndir. Bu, FETÖ üçün ən arzuolunmazıdır. Faktlar göstərir ki, İslami dəyərləri mərkəzə gətirənlərlə də, sol düşərgəylə də ortaqlıq qura bildiyi halda Gülənçilərin milliyətçi qanadla uzlaşması problematik, hətta mümkünsüzdür. İYİ Partiyanın təcrübəsi ortadadır. 14 maydan sonra partiya +50 dərəcə altında ucuz asfalt kimi əriyir… Siyasətdə milliyətçiliyin getdikcə ağır basması, elektoratın əsasən gənclər olması, ən əsası da orduda, təhlükəsizlik güclərində, polisdə bu xəttin ciddi şəkildə dərinləşməsi FETÖ-nun Türkiyədə hakimiyyəti bundan sonra da ələ keçirmə cəhdlərinin uğursuz olacağını düşünməyə əsas verir. Hərbi yolla, ya da kənardan dəstək almaqla hakimiyyət devirmək cəhdləri Türlkiyədə artıq tarixə qovuşur.

14 mayda Türkiyə toplumu müxalifətin daha bir ayıbının üstünü örtdü. Hətta betonladı. Müxalifət HDP-ni, ya da yeni adı ilə Yaşıl Solu Türkiyəni taleyini müəyyən edəcək siyasi güc elan etmişdi. Təsəvvür edirsinizmi? Böyük Atatürkün yaratdığı CHP-nin lideri daxil bütün danışan dilləri Türkiyə ilə 40 ildir savaşan, ölkəni bölmək istəyən PKK-nın siyasi qanadını bu fikirlə başa çıxarmışdı. Bu, CHP-nin Atatürkdən sonra yol verdiyi ən ciddi yanlışlıq kimi tarixə düşəcək. Türk milləti ordusuna savaş açan PKK-ya da, prezident kürsüsü üçün onları başa çıxaranlarlara da elə ilk turda yerini göstərdi.

Təxminən 4 saat sonra Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayacaq. Bu qərarın seçkidə hansı faizlə ifadə olunmasını boş verin. Əsas olan odur ki, Türkiyə siyasətində kənardan güc alanlar, bölücülər deyil, milliyətçi düşüncə üzərində siyasət quranlar bəlirləyici qüvvədirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR