İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatimə özündən çıxdı: “Ağzıgöyçəklər, üzümü sizə tuturam”

973 19.07.2019 18:50 Şou-biznes A A

Rəqqasə Fatimə Fətəliyeva “5\5” verilişində  lentə alınan aqressiv görüntülərinə aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, rəqqasə onu müzakirə edənlərə sosial şəbəkədə cavab verib:

“Xəzər” TV-dəki çəkilişi izlədim. Bir neçə ağzıgöyçək insanların reaksiyasını gördüm. Ağzıgöyçəklər, üzümü sizə tuturam. Siz əsəbiləşmirsiniz? Həyatda çox məsuliyyətliyəm. Videoda nə söyüş söymüşəm, nə də etikadan kənar hərəkət etmişəm. Bunu niyə şişirdirsiniz? İşimi tələb edirəm. Nə rəqqasələrimi, nə də işçilərimi təhqir etmirəm. Sadəcə rəqqaslarım tıxacda qalmışdı. İşçilərim qızların hələ də gəlmədiklərini söyləyəndə özümdən çıxdım ki, mən də insanam, çatdıra bilirəmsə, arxamdan gələn ordum, işçi qüvvəm də çatdıra bilər və çatdırmalıdır. Çünki bu, adımdır və göstərdiyim işin nəticəsidir”.

Qeyd edək ki, ötən gün “5\5” verilişində qonaq olan Fatimə Fətəliyevanın rəqqasları efirə gecikib. Aparıcı Zaur Kamal bu durumdan istifadə edərək, Fatiməni aldadıb. O bildirib ki, reklam fasiləsinə ayrılıblar. Zaura inana rəqqasə prodüserini danlamağa başlayıb.  

Daha sonra Zaur “Canlı yayımdayıq, sənin əsəbiləşməyini görmək istəyirdim” deyə, bildirib.

Könül,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR