İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatimə boşanıb? - “Oğlumun atası kimi yanındadır”

544 23.07.2024 15:10 Şou-biznes A A

Rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşı Xəyalla ayrılması ilə bağlı sualları cavablandırıb. 

"Qonaqcanlı" verilişinə qatılan sənətçi ayrıldıqlarını təsdiqləməsə də, inkar da etməyib. Fatimə "Ayrılıq xəbərləri yayıldı, elədir, ya yox" sualına belə reaksiya verib: 

"Nə elədir, nə belədir. Çox xoşbəxt qadın və anayam. Dünyaya gətirdiyim oğlumun atası elə bir kişinin oğludur ki, Allah ona və anası Mehtab xanıma can sağlığı versin. Qayınanamın əllərindən öpürəm. Hamıya o xanım kimi qayınana arzu edirəm. Onun çox gözəl qəlbi var. Baldızım Aygün xanımı da öpürəm. Nə yaxşı ki, mən Fatimə sizi tanımışam. Nə yaxşı siz varsınız mənim həyatımda". 

Sənətçi "Ailə, yoxsa dost olaraq münasibətiniz davam edir" sualına sənətçi "Oğlumun atası olaraq yanındadırlar. Ayrılsaydım bunları deməzdim" reaksiyasını verib. 

Qeyd edək ki, F. Fətəliyevanın ilk evlilikdən Aydan adlı qızı var. Onun ikinci nikahdan Hüseyn adlı oğul övladı var./Axşam.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR