İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dedi ki, yaxşı eləmişəm” - Hadisə şahidi - VİDEO

1136 23.07.2024 15:20 Kriminal A A

Ötən gün Bakının Suraxanı rayonunda övladını girov götürərək onu öldürəcəyini bildirən və daha sonra polis tərəfindən zərərsizləşdirilən “Beton Xosrov” ləqəbili Xosrov Əhmədovla bağlı bəzi məqamlar bəlli olub.

Əvvəllər peşəkar ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olan və bir sıra beynəlxalq yarışlarda iştirak edən Xosrov Əhmədovun 3 qız övlad var imiş.

Bu barədə onun qonşuları məlumat verib. Bildiriblər ki, hadisə onların gözləri qarşısında baş verib. Bundan başqa, X. Əhmədov əvvəllər həyat yoldaşını tez-tez döyürmüş. Ötən gün isə o, 6 yaşlı qızının boğazına bıçaq çəkərək onu öldürəcəyini deyib.

Ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR