İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə fabrikdə güclü partlayış oldu - VİDEO

375 23.07.2024 17:09 Hadisə A A

Türkiyənin Bursa şəhərində kauçuk malların təkrar emalı fabrikində yanğın baş verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, güclü alovlar ətarfdakı 7 fabrikə keçib. Yanğın genişləndiyindən ətrafdakı evlərdəki sakinlər təxliyə edilib.

Verilən məlumatlara görə, yanğın bu gün saat 10-00 radələrində baş verib. Əvvəl alov Yıldırım bölgəsinin Vakıfköy məhəlləsi ərazisini əhatə edib.  Bursa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları yanğını söndürsə də, yanğın ətrafdakı kağız, tekstil olmaqla 7 fabrikə keçib.

Fabrikaların yaxınlığındakı bütün evlər ehtiyat tədbiri olaraq boşaldılıb.

Tııxac səbbəilə Vakıfköyün yanğınsöndürmə və vəzifəli qruplardan başqa əraziyə giriş qadağan edilib.

Ərazini qara dumana bürüyən yanğın saatlarla davam edib. Lakin yanğınsöndürənlərin gərgin səyi nəticəsində yanğın nəzarətə alınıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR