İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilər Ermənistandan qovulur” - İLGİNC AÇIQLAMA

517 23.07.2024 15:11 Son xəbər A A

“İndiki vəziyyət ermənilərin Ermənistandan qovulmasına gətirib çıxarır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Alternativ layihələr” qrupunun həmtəsisçisi, revanşist ekspert Vahe Ovannisyan yazıb.

“Ətrafımızda yeni gündəm formalaşır: orta dəhliz, yüz minlərlə azərbaycanlının Ermənistana köçürülməsi, Konstitusiyanın dəyişdirilməsi və s. Amma biz bu gündəmi neytrallaşdıra bilmirik, ya da neytrallaşdırmaq istəmirik. Bu tələblərə səriştəli cavab verilməzsə, onlar gündəmə çevrilir və beynəlxalq ictimaiyyət tərəfindən məqbul sayıla bilər.

Ermənistanın indiki siyasi və sosial elitası getməli olan “kollektiv Bayden”dir. Bunlar əsl riskləri başa düşmür. İctimai laqeydlik və elitanın primitiv merkantilizmi ucbatından bir velosipedçinin başçılıq etdiyi təsvirolunmaz fəlakətə doğru getdiyimizi başqa necə izah edə bilərik?”, - deyə erməni revanşist ekspert Paşinyana qarşı hər kəsi mübarizəyə səsləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR