İnsanlara hürriyət, millətlərə istiqlal!

Viza liberallaşması prosesindən sonra Ermənistanı BU BƏLA gözləyir - ŞƏRH

653 23.07.2024 15:25 Siyasət A A

“Avropa ilə Ermənistan arasında viza liberallaşması prosesinin Ermənistana hər hansı fayda verə biləcəyini gözləmirəm. Çox güman ki, danışıqlar prosesinin Ermənistana fayda verməsi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

elcin.jpg (272 KB)

Rəsmi statistikaya diqqət çəkən ekspert qeyd edib ki, son 3 ildə Ermənistanı 136 min nəfər tərk edib:

“Söhbət Ermənistan ərazisində yaşayan və ölkəni birdəfəlik tərk etdiyi təsdiqlənmiş şəxslərdən gedir. Nəzərə alsaq ki, Ermənistandakı demoqrafik vəziyyət kifayət qədər acınacaqlıdır, rəqəmin artacağı gözlənilir. Əgər liberallaşma prosesi baş tutarsa, Ermənistanda qocalardan və Nikol Paşinyanın ətrafından başqa heç kim qalmayacaq. Analoji addım Gürcüstanla bağlı da atılmışdı. Son 10 il ərzində Gürcüstanı 957 min insanın tərk etdiyi bildirilir. Bu siyahı günü-gündən uzanır. Ölkəni birdəfəlik tərk edənlərin sayı 285 min nəfərdir. Bu isə Gürcüstan üçün çox böyük rəqəmdir. Təkcə son bir il ərzində Gürcüstanı tərk edənlərin sayı 168 min nəfərə yaxındır. Bu isə əhalinin 2 faizi deməkdir. Proseslər onu sübut edir ki, Avropaya ucuz işçi qüvvəsi lazımdır”.

Səbəblərə gəlincə, Elçin Mirzəbəyli hesab edir ki, Gürcüstan, Ermənistan kimi ölkələrə üstünlük verilməsinin əsas səbəblərindən biri ucuz işçi qüvvəsinin xristianlardan ibarət olması istəyi ilə bağlıdır:

“Avropada sağçıların mövqelərinin güclənməsi, onların bir hissəsinin hakimiyyətə sahiblənməsi müsəlman əsilli miqrantlara qarşı daha sərt tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Digər tərəfdən, əhalinin sayı azalır. Demoqrafik vəziyyət ürəkaçan deyil. Avropada əhali qocalır. Onun gənc, xristian əhali ilə əvəzlənməsinə ehtiyac duyulur. Yürüdülən siyasətin təməlində də bu amil dayanır. Mən şübhə etmirəm ki, proses Gürcüstandan fərqli olaraq Ermənistanda daha sürətlə həyata keçiriləcək. Burada bir qədər etno-psixoloji faktorlar da rol oynayır, çünki ermənilər heç bir torpağa bağlı deyillər. Bu baxımdan düşünürəm ki, viza liberallaşması prosesindən sonra Ermənistanda nəinki işçi qüvvəsi, hətta dövlət orqanlarında təmsil olunmağa da kimsə qalmayacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR