İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər cərimələnəcək: vəzifə maaşının 2 mislinə qədər...

818 23.07.2024 15:44 Ölkə A A

Bu il iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsinə əsasən, Azərbaycanda vəzifəli şəxslər rəqabət qanunvericiliyin pozulmasına görə cərimələnəcək.

Musavat.com xəbər verir ki, bu, Məcəllənin qüvvəyə minməsi ilə qüvvədən düşmüş “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlarda öz əksini tapmayıb.

Məcəlləyə əsasən, bazar subyektlərinə tətbiq edilən maliyyə sanksiyalarına əlavə olaraq rəqabət orqanı və yaxud rəqabət komissiyası rəqabət qanunvericiliyinin pozulması hallarında birbaşa iştirak edən vəzifəli şəxsə onun aldığı sonuncu vəzifə maaşının 2 mislinə qədər məbləğdə maliyyə sanksiyasının tətbiqi ilə bağlı qərar qəbul edə bilər.

12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaratmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR