İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Portakala qarşı ittiham irəli sürüldü

1577 28.05.2023 20:49 Region A A

Türkiyəli tanınmış jurnalist Fatih Portakal haqqında ittiham irəli sürülüb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Fatih Portakal İzmirin Səfərihisar rayonunda prezident seçkilərinin 2-ci turunda səs verdiyi zərfi qutuya atarkən “zəfər işarəsi” göstərib. Onunla birgə Yaşıl Sol Partiyasından seçki komissiyasının üzvü də eyni işarəni göstərib.

AKP üzvü olan vəkil Arif Yeğən bunun seçki qanunvericiliyinə zidd olduğunu vurğulayıb və məsələnin hüquqi ölçüdə həll olunması üçün rayon üzrə Seçki Şurası İdarəsinə müraciət edib.

O, eyni zamanda Yaşıl Sol Partiyasından seçki komissiyasının üzvünün vəzifəsindən uzaqlaşdırılmasını da tələb edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR