İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlilik ildönümünü başqa kişi ilə keçirdi - FOTOLAR

6766 17.07.2024 15:15 Şou-biznes A A

Məşhur müğənni Cennifer Lopezlə aktyor həyat yoldaşı Ben Afflekin münasibəti ilə bağlı xəbərlər demək olar ki, hər gün yayımlanır.

Cütlük ayrıldıqlarını təsdiqləməsə də, bir yerdə görüntülənmirlər. Ancaq bu dəfə hər şey obyektivlərə başqa cür əks olunub.

Cütlük ikinci evlilik ildönümünü də ayrı qeyd edib. Həmin gün CeyLo Bendən uzaqda və hətta başqa bir şəxslə görüntülənib. Müğənni və həmin şəxs Hamptons ətrafında maşın sürərkən görüntülənib.

"Page Six" yazır ki, avtomobili Cenniferin dostu və part-time meneceri idarə edib.

Ben Afflekin özü də ildönümünü Los-Ancelesdə, iş başında keçirib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR