İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyanın baş naziri üçün axtarış elanı - "Bu, yalnız başlanğıcdır"

785 13.02.2024 14:56 Dünya A A

Estoniyanın baş naziri Kay Kallasın axtarışda olanlar siyahısına əlavə edilməsi hələ yalnız başlanğıcdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəsmi Mariya Zaxarova özünün Telegram-kanalında məlumat verib.

"Dünyanı nasizmdən və faşizmdən azad edənlərin xatirəsinə qarşı cinayətlərə görə cavab verməlidirlər! Bu, hələ başlanğıcdır", - rusiyalı diplomat öz Tele qram kanalında yazıb.

Yada salaq ki, çərşənbə axşamı Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kay Kallas və ölkənin dövlət katibi Taymar Peterkopu sovet əsgərlərinin xarirəsinə ucaldılmış abidələrin dağıdılmasına görə axtarışa verilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR