İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏŞRƏF MEHDİYEV DÜNYASINI DƏYİŞDİ

3930 25.04.2009 08:04 Ölkə A A
Dünən mərhumun qarşısında son borcumuzu yerinə yetirmək və yaxınlarına başsağlığı vermək hüzr mərasimində olduq. Xırdalan şəhərində keçirilən   hüzr mərasimində məhrumun yaxınları iştirak edirdilər. Ə.Mehdiyevin oğlu Azər atasının aprelin 23-də axşam saatlarında vəfat etdiyini söylədi: «Son dövrlər səhhətində ciddi problemlər yaranmışdı. Şəkəri, ciyərlərində problemlər vardı. Vəsiyyətinə əsasən Sumqayıt qəbiristanlığında anasının yanında dəfn etdik». A.Mehdiyev atasını Qarabağ nisgili ilə dünyadan köçdüyünü söylədi: «Atam Qarabağ həsrəti ilə dünyadan köçdü. O ermənilərin Qarabağı işğalda saxlamasını heç cür qəbul edə bilmirdi. Azərbaycan  xalqının işğala dözməsini həzm etmirdi. Son günlər Türkiyə - Ermənistan sərhədlərinin açılması barədə söylənənlər ona həddən artıq pis təsir edirdi. Bu səbəbdən imkan daxilində ona  televizora baxmağına imkan vermirdik. Mümkün qədər az qəzet alırdıq».
Qeyd edək ki məhrumun 7 mərasimi  Xırdalan şəhəri 27-ci məhəllə 4a ünvanında («Abşeron» univermağı ilə üzbəüz) yaşadığı binanın qarşısında  keçiriləcək.
P.S. Rauf Arifoğlu  və «Yeni Müsavat» qəzetinin kollektivi Əşrəf Mehdiyevin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR