İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərliyə gedənləri yola salarkən avtoşluq etdilər, tutuldular- VİDEO

390 08.07.2023 12:50 Son xəbər A A

Ötən gün səhər saat 09:00 radələrində əsgər yola salma mərasimində avtoxul­iqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıbla­r.

Bu barədə Musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Astara şosesində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəll­üdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996­-cı il təvəllüdlü Mə­mmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Ra­qib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu “VAZ 2107” markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, “VAZ 2106 markalı” 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və “VAZ 21015” markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yol­da təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərək­ət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.

Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sü­rücülük hüququndan məhrum edilməklə yana­şı 15 sutka həbs cəz­ası alıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR