İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla sərhəd divarının tikilməsini YUBADAN səbəblər

722 11.06.2026 14:20 Ölkə A A

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi çərçivəsində mühəndis-istehkam işləri davam edir. Ermənistanın Tavuş vilayətinin Nerkin Voskepar (Aşağı Əskipara) kəndi istiqamətində sərhəd hasarının tikintisi hələ də yekunlaşmayıb.

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) məsələ ilə bağlı açıqlamasında bildirib ki, göstərilən koordinatlar üzrə sərhəd xəttində tikanlı məftil baryerlərinin qurulması istiqamətində işlər aparılır və proses davam edir. Qeyd olunur ki, bu işlər mərhələli şəkildə həyata keçirilir və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edir.


Нет описания фото.

Məlum olduğu kimi, son aylarda Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi və delimitasiyası istiqamətində müəyyən irəliləyişlər qeydə alınıb. Xüsusilə Qazax-Tavuş istiqamətində aparılan danışıqlar və əldə olunan ilkin razılaşmalar praktiki addımlarla müşayiət olunur. Nerkin Voskepar istiqamətində aparılan bu işlər də həmin prosesin tərkib hissəsi kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, sərhəd boyunca bu cür infrastrukturun qurulması bir tərəfdən təhlükəsizlik risklərini azaltmağa xidmət etsə də, digər tərəfdən siyasi mesaj xarakteri daşıyır. Belə ki, tərəflər faktiki olaraq sərhədi “yerində möhkəmləndirməklə” gələcək razılaşmalar üçün real xəritə formalaşdırırlar.

Bununla yanaşı, prosesin tam başa çatdırılmaması göstərir ki, tərəflər arasında hələ də texniki və siyasi məsələlər üzrə razılaşdırılmamış məqamlar qalmaqdadır. Sərhəd xəttinin bəzi hissələrində koordinatların dəqiqləşdirilməsi, ərazilərin hüquqi statusu və təhlükəsizlik mexanizmləri üzrə müzakirələr davam edir.

Mövcud vəziyyət onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri artıq yeni mərhələyə daxil olub. Əgər əvvəlki illərdə sərhəd məsələləri əsasən siyasi bəyanatlar səviyyəsində qalırdısa, indi bu proses konkret fiziki reallıqlarla müşayiət olunur. Sərhəd boyunca hasarların çəkilməsi, baryerlərin qurulması və mövqelərin möhkəmləndirilməsi faktiki olaraq “de-fakto sərhədin” formalaşması deməkdir.

Bu isə iki mühüm nəticə doğurur. Birincisi, tərəflər arasında genişmiqyaslı hərbi eskalasiya ehtimalı müəyyən qədər azalır, çünki fiziki sərhəd xətti qarşıdurma risklərini məhdudlaşdırır. İkincisi isə, bu addımlar siyasi danışıqlar üçün əlavə təzyiq elementi yaradır — yəni kim sahədə daha çox möhkəmlənirsə, masa arxasında da daha güclü mövqe əldə edir.


Aydın Mirzəzadə: ABŞ Prezidenti Azərbaycanda gedən islahatlara yüksək qiymət verir

Digər tərəfdən, Ermənistan daxilində bu proses birmənalı qarşılanmır. Sərhədin bu şəkildə müəyyənləşdirilməsi bəzi dairələr tərəfindən güzəşt kimi qiymətləndirilir və bu, daxili siyasi gərginliyi artırır. Azərbaycan üçün isə əsas prioritet sərhədin beynəlxalq hüquqa uyğun şəkildə rəsmiləşdirilməsi və təhlükəsizliyin təmin olunmasıdır. Nəticə etibarilə, Nerkin Voskepar istiqamətində aparılan işlər sadəcə texniki proses deyil, regionda yeni geosiyasi reallıqların formalaşmasının göstəricisidir.

Sərhəd divarının tikilməsini yubadan hansı səbəblər var?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, sərhəd divarlarının çəkilməsi ikinci dərəcəli məsələdir:

“Mümkündür ki, sərhəd divarı yox, sadəcə sərhəd qoruyucu xətlər çəkilsin. Bu, iki dövlət arasında razılaşmadan və situasiyadan asılı olacaq. Əsas bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tam tanınmasıdır. Bunu etdikdən sonra artıq sərhədlərin müəyyənləşməsi istiqamətində işlər davam edəcək. Düzdür, müvafiq hökumət komissiyaları işləyir və müəyyən nəticələr var, bunun özü göstərir ki, Cənubi Qafqazda möhkəm sülhün təməlinin qoyulması üçün bütün əsaslar var. Bu əsasları isə Azərbaycan yaradıb və əsas təminatçısı da Azərbaycandır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR