İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın yeni müdafiə nazirinin rüsvayçı keçmişi - TƏFƏRRÜAT

1837 15.11.2021 14:34 Gündəm A A

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri postuna Suren Papikyanı təyin edib. Kimdir Suren Papikyan?

Bu günədək N.Paşinyanın müavini olmuş S.Papikyan 1986-cı ilin aprelin 26-da Ermənistanın Stepanavan şəhərində doğulub. İrəvan Dövlət Universitetinin tarix fakultəsini bitirib, 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 2018-ci ildə Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri təyin olunub. 2021-ci ilin avqustun 2-də baş nazirin müavini postuna yiyələnib.

2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin "Qaregin Njde" ordeni ilə təltif olunub.

Bu, Papikyanın rəsmən açıqlanan tərcümeyi-halıdır.

Reallıq isə budur ki, Suren Papikyan Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən taqım komandiri tərəfindən dəfələrlə, sistematik zorlanıb. Bundan bezən S.Papikyan komandirini bıçaqlayıb. Faktla bağlı cinayət işi açılıb. 2006-cı ilin martın 27-də S.Papikyan İrəvandakı 5-ci qarnizon hərbi məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını Nubaraşen şəhərindəki islah-əmək düşərgəsində çəkib.

2007-ci ilin fevralın 23-də isə əfv fərmanına uyğun olaraq azadlığa çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR