İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın taleyi həll olunur, Rusiya sülhməramlıları tezliklə...” - ŞOK

6064 07.07.2023 20:19 Son xəbər A A

“İndiki hakimiyyətin yürütdüyü siyasi xətt anti-Rusiya və anti-İran yönümlüdür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin eyni adlı fraksiyasının üzvü Andranik Tevanyan deyib.

“Qərb platformalarında Azərbaycan-Ermənistan danışıqları Rusiyanın regiondan çıxarılması və Ermənistanın anti-İran plasdarmına çevrilməsi məsələləri ətrafında aparılır. Qarabağ Azərbaycanın tərkibində olmalıdır deyəndə, bu, Rusiya sülhməramlı kontingentinin oradan çıxarılmasını nəzərdə tutur. Çünki sonradan bu addımlar Rusiya hərbi bazasının çıxarılmasına səbəb ola bilər. Belə bir şəraitdə Ermənistan əslində özünü Türkiyənin altında tapacaq”, - deyə Tevanyan “Oragir” adlı verilişin efirində deyib.

O, Türkiyənin NATO-nun regionda əsas operatoru olduğunu xatırladıb. Tevanyanın fikrincə, buna görə də Qərbə inteqrasiya kontekstində Ermənistan Türkiyə-Azərbaycan müttəfiqliyinin əlavəsinə çevrilərək rəsmi Ankaranın təsir zonasında olacaq.

“Çoxlarının düşündüyündən fərqli olaraq, danışıqlarda Qarabağın deyil, əslində Ermənistanın taleyi həll olunur. Qarabağın itirilməsindən sonra Ermənistanın təhlükəsizliyinə zərbə vurulacaq. Son nəticədə Sünik və digər ərazilər məsələsi ortaya çıxacaq”, - deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR