İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın qaçaq müdafiə naziri İrəvandakı mənzillərini 2,5 milyon dollara satıb

748 24.11.2022 14:25 Region A A

 

“Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda istintaq altında olan sabiq müdafiə naziri Vigen Sarkisyanın əmlakının satışının qanuniliyini öyrənməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində komissiyanın rəhbəri, hakim partiyanın deputatı Andranik Köçəryan danışıb.

Deputat Milli Təhlükəsizlik Xidmətindən hazırda xaricdə yaşayan sabiq müdafiə nazirinin hansı yolla  bir gündə iki mənzilini satdığını soruşub. “Dövlətə ziyan vuran şəxslər onu ödəməlidirlər. Ancaq nədənsə bu, baş vermir və onlar sakitcə xaricə gedirlər. Biz bu məsələni öyrənməliyik”, - deyə Köçəryan söyləyib.

O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın keçmiş mühafizə rəhbəri, üstəlik istintaq altında olan Vaçaqan Kazaryanın ölkəni necə tərk edə bildiyini də xəbər alıb.

Qeyd edək ki, bundan öncə yerli mediada Vigen Sarkisyanın İrəvanın mərkəzində yerləşən mənzillərini “VIVARO” adlı  şirkətin sahiblərinin ailəsinə satdığı barədə məlumatlar yayılıb. Maraqlıdır ki, həmin əmlakın üzərinə məhkəmə həbsi sövdələşmənin bağlanmasından yalnız bir gün sonra qoyulub. Mənzillərin ümumi dəyərinin 2,5 milyon dollar olduğu qeyd edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR