İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın parlament spikerindən etiraf: “Qarabağda hələ erməni ordusu qalıb”  

1083 01.06.2023 20:50 Region A A

“Ermənilərin nəzarətində olan kəndlər, ərazilər var, biz təbii ki, onlardan danışmırıq, amma Ermənistanın da Azərbaycan tərəfindən tutulan əraziləri var. Səhv etmirəmsə, bu, 150kv.km-dir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

Simonyanın iddiasına görə, xəritələr əsasında demarkasiya və delimitasiya aparıldıqdan sonra Azərbaycan qoşunları həmin 150 kv.km-dən çıxacaq: “Təbii ki, Ermənistan qoşunları da Azərbaycan ərazisindən çıxarılacaq. Əgər onlar getməsələr, onda biz hazırda olduğumuz ərazini tərk etməyəcəyik, orada bizim qoşunlarımız və nəzarətimizdə olan müəyyən ərazilər var” - deyə Simonyan bildirib.
Onun sözlərinə görə, bu məqamlar Ermənistan üçün çox vacibdir. “Bilmirəm, onlar müqavilədə yer tapacaqlar, yoxsa başqa cür həll olunacaq”.

Alen Simonyan “Zəngəzur dəhlizi” barədə də danışıb və başından böyük ifadələr işlədib:

“Biz dəfələrlə demişik ki, “dəhliz” olmayacaq. Bu mümkünsüzdür. Biz “dəhliz”lə bağlı söhbəti kəsdik və qırmızı xətt çəkdik”, - deyə parlament sədri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR