İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə naziri: “Biz sərhəddəki vəziyyəti qiymətləndirmirik”  

1229 14.11.2022 14:13 Region A A

“Biz sərhəddəki vəziyyəti qiymətləndirmirik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan noyabrın 14-də parlamentdə jurnalistlərin israrlı sualına bu cavabı verib.

Həmin vaxt parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərin Papikyana sual verməsinin qarşısını almağa çalışıb. Köçəryan müdafiə nazirinin əvəzinə jurnalistə “eyni cəsarətlə cəbhə xəttində xidmət etsəydin, yaxşı olardı”,- deyə cavab verib.

Suren Papikyan Azərbaycan ordusunun Cermuk yol hissələrində bunkerlər tikməsi ilə bağlı məlumatın doğru olub-olmadığı barədə sualı da cavablandırmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR