İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın kənd təsərrüfatı ixracına qoyulan qadağalar ətrafında gərginlik: Moskva rəsmi İrəvana cavab verdi

748 17.06.2026 11:13 Dünya A A

Rusiya tərəfi Ermənistandan gələn kənd təsərrüfatı və ərzaq məhsullarının ixracına tətbiq edilən məhdudiyyətlərlə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verib.

Musavat.com xəbər verir ki, Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert mətbuata açıqlamasında bəyan edib ki, Ermənistandan Rusiyaya bir sıra qida məhsullarının tədarükünə qoyulan qadağalar və məhdudiyyətlər birmənalı olaraq yalnız aşkar edilmiş ciddi sanitariya pozuntuları ilə bağlıdır və bu qərarların arxasında heç bir siyasi motiv dayanmır.

Rəsmi İrəvanın bu addımı siyasi təzyiq kimi qiymətləndirməsinə münasibət bildirən Dankvert, dövlət başçılarının bu cür qərarları çox vaxt siyasiləşdirməyə meylli olduqlarını diqqətə çatdırıb. "Rosselxoznadzor" rəhbəri vurğulayıb ki, indiyə qədər qadağaların siyasiləşdirilmədiyini deyən hər hansı bir prezident görməyib, lakin mövcud vəziyyətdə məsələ tamamilə fərqlidir. Dankvert Rusiyanın Ermənistan müəssisələri ilə uzunmüddətli əməkdaşlıq tarixinə malik olduğunu, bütün qərarların isə konkret laboratoriya araşdırmalarının nəticələrinə, tədarük sənədlərinə və məhsullarda rəsmi qeydə alınmış fitosanitar pozuntulara əsaslandığını qeyd edib. Bununla da Moskva, İrəvanla yaşanan siyasi soyuqluğun iqtisadi münasibətlərə və ticari qadağalara təsir etmədiyini iddia edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR