İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş baş naziri hərbçiləri dövlət çevrilişinə çağırdı

919 06.06.2023 17:32 Region A A

Ermənistanın keçmiş baş naziri, revanşist siyasətçi Vazgen Manukyan yeni müraciətlə çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sabiq hökumət rəhbərinin müraciətində ordunu dövlət çevrilişinə səsləyən mesajlar yer alıb.

“Başımıza gələnlər xalqımıza qarşı yönəlmiş, dərin düşünülmüş sui-qəsddir. Bu sui-qəsdi təşkil edərkən xalqımızın təbii istəyindən - ədalətli ölkədə, dinc şəraitdə yaşamaq istəyindən istifadə etdilər.

Belə bir şəraitdə əsas məqsədi dövləti qorumaq olan hərbçilər, hüquq-mühafizə orqanları çox mühüm rol oynayır.

Mən xüsusi olaraq hüquq-mühafizə orqanlarına müraciət edirəm - siz Nikol Paşinyanı qorumaq üçün and içmədiniz, dövləti, konstitusiyanı və qanunları qorumağa and içdiniz. Nikol Paşinyanın etdiyi və etmək istədiyi ilk növbədə konstitusiyaya və qanunlara ziddir. Ona görə də hazırkı baş nazir artıq qeyri-legitimdir.

Mən hüquq-mühafizə orqanlarını ölkəmizdə baş verənləri diqqətlə izləməyə və dövlət cinayətini vaxtında dayandırmağa, milli fəlakətin qarşısını almağa çalışanlara qoşulmağa çağırıram ”, - deyə bəyanatda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR