İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın icma rəhbərinin qoyun şəri - növbəti ifşa

1480 21.01.2024 17:11 Region A A

Azərbaycana qarşı şər-böhtan kampaniyasını bütün istiqamətlərdə davam etdirən Ermənistan növbəti dəfə rəzil duruma düşüb.

Musavat.com bildirir ki, ötən gün Azərbaycana qarşı “qoyun şəri” atmağa cəhd göstərən ermənilər bu gün qoyunlarının guya “geri qaytarıldığı” iddiasını tirajlamaqla biabırçılığı ört-basdır etməyə çalışıblar.

“Azərbaycanlılar Sünik rayonunun Aravus kəndi sərhədində oğurladıqları bütün qoyunları geri qaytarıblar”, - deyə Dığ icmasının rəhbəri David Qulunts abırsızcasına iddia edib.

Dünən axşam saatlarında itən qoyunlarla bağlı şivən qoparan ermənilər Azərbaycanı ittiham etsə də, çox keçmədən qoyunlar tapılıb. Ayıbına kor olmaq əvəzinə, ermənilər “aparılan danışıqlar nəticəsində oğurlanmış qoyunların hamısı geri qaytarılıb” -deyiblər.

Bildirilir ki, qoyunların hamısı - 200-dən çox - "Aravus icmasının bir sakininə məxsusdur". Lakin qoyunların kim tərəfindən, hansı şəraitdə qaytarıldığı, danışıqlarda iştirak edən tərəflər barədə təfərrüatları açıqlamayıb ki, bu da saxtakarlığın təsfiqidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR