İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın baş prokuroru ölüm hökmünün bərpa edilməsini istədi-İlginc açıqlama

456 01.09.2022 16:03 Region A A

Ermənistanın baş prokuroru Artur Davtyan dövlət xəyanətinə görə edam hökmünün tətbiqi ilə bağlı konstitusiya hüququnun əsasının yaradılmasını təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

Prokuror bildirib ki, 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə dövlətə xəyanət halları üzrə başlanmış cinayət işlərinin tədqiqi göstərir ki, Ermənistanda ölüm hökmü bərpa edilməlidir:

"Ermənistan Respublikası vətəndaşlarını casusluğa və kəşfiyyat şəbəkələrinə cəlb etmək, müasir texnologiyalardan istifadə, xüsusilə də regionda mövcud təhlükəsizlik çağırışları fonunda bu növə qarşı cinayət-hüquqi mübarizənin gücləndirilməsi məsələsini ortaya qoyur. Cinayətkarlıq və cəza siyasətinin sərtləşdirilməsi prioritet məsələdir. Vətənə xəyanətin belə ifrat təzahürləri qeydə alınır. Prokurorluq problemin vacibliyini nəzərə alaraq, Ermənistanın bu sahədə beynəlxalq öhdəliklərinin əhatə dairəsini öyrənib və müəyyən edib ki, ölkəmizin ölüm cəzasına mütləq qadağa qoyulması ilə bağlı birbaşa beynəlxalq hüquqi öhdəliyi yoxdur",-deyə bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR