İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlanıb

1011 24.11.2023 23:14 Son xəbər A A

Rusiya Federasiyası-Gürcüstan yolu bağlanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar “Yuxarı Lars”dan Rusiyaya keçən yol noyabrın 24-ü saat 17:20-dən növbəti xəbərdarlığa qədər bütün növ avtomobillər üçün bağlanıb.

Qeyd olunub ki, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, nəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsi, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla məlum tədbir həyata keçirilib.

Xatırladaq ki, "Yuxarı Lars"-Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə əıaqələndirən yeganə quru yoludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR