İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı 3 dəfə çoxalıb

277 23.07.2019 13:16 Dünya A A

Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Qaydar adına Siyasi-İqtisadi İnstitutun araşdırmasında bildirilib.

Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin uyğun dövründə 4,9 min nəfər olub.

Cari il iyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. Rusiya ən çox miqrasiya edənlər Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayana ən çox miqrasiya edən isə Ermənstan vətəndaşlarıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR