İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yanaraq ölən 15 əsgərlə bağlı SENSASİON iddia

757 12.06.2023 15:34 Region A A

Ermənistanın Geqarkunik rayonunun Azat kəndində ölən 15 hərbçi ilə bağlı ötən gün hadisə yerində mühüm əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmin prosesdə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları, həmçinin ölən hərçbilərin valideynləri iştirak ediblər.

Valideynlərin hüquqlarını müdafiə edən yerli vəkil Norayr Norikyanın verdiyi xəbərə görə, işlə bağlı yeni suallar ortaya çıxıb. Çünki aşkar olunan yeni dəlillər digər istintaq hərəkətləri nəticəsində əldə edilmiş faktiki məlumatlarla açıq-aşkar ziddiyyət təşkil edir.

“Əgər əsas günahkarlar cəzadan yaxa qurtarsa, xalqımız bir daha mənəviyyatını sındıracaq daha bir tamaşa ilə üzləşmiş olacaq. Çünki bu işdə günahkarların zənciri daha uzundur, bu baxımdan hər kəs öz əməlinə görə cavab verməlidir”, - deyə erməni vəkil qeyd edib.

Vəkilin iddiasına görə, yanğın bəzi izləri gizlətmək və ictimaiyyətin diqqətini əsl cinayətdən, bu faciənin əsl şərtlərini aydınlaşdırmaqdan yayındırmaq məqsədilə törədilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR