İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda narkomanların sayı artıb

763 20.11.2022 00:53 Region A A

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi halları artıb.

Musavat.com Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Narkomaniyadan Müalicə Milli Mərkəzinin direktoru Suren Nazinyan bildirib.

O, qeyd edib ki, 2022-ci il yanvarın 1-nə Narkomaniyadan Müalicə Milli Mərkəzi və narkoloji xidmətlərdə qeydiyyatda olan 7 570 narkotik istifadəçisi var. Onlardan 149-u qadındır. İrəvanda 4 007 nəfər narkoman qeydiyyatdadır, narkotik istifadəçilərindən 114-ü qadındır: “2021-ci ilin əvvəlində bu rəqəmlər bir qədər az idi – 7 100 nəfər, 2020-ci ilin analoji dövründə isə 7 209 olub. Ümumiyyətlə, Ermənistanda narkomaniyadan əziyyət çəkən azyaşlılar da qeydiyyatdadır – onların sayı 6 nəfərdir, biri 14 yaşlı qızdır”.

Qeyd edilir ki, narkotik vasitələrdən istifadə edənlərin 70 %-i 30-50 yaş arasındadır. Narkomanların sayında artım əsasən 18-25 yaş arasında olan gənclər arasında da müşahidə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR