İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hakim partiyanın üzvləri özlərini sığortalayır

344 30.05.2023 15:25 Region A A

Artıq bir neçə həftədir Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının bölgələr üzrə tərəfdaşlarının və özünə sadiq şəxslərin qeydiyyatını apardığı, siyahıların tərtib edildiyi barədə məlumatlar daxil olur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

“Yaxın vaxtlarda bölgələrdə seçkilərin gözlənilmədiyini nəzərə alaraq, bütün bunların əsl məqsədinin nə olduğunu anlamağa çalışdıq. Mənbələrimiz xəbər verir ki, Nikol Paşinyan və partiya üzvləri hazırkı hadisələr hakimiyyətin saxlanmasına ciddi təhlükə doğurduğu və bunun güclü itaətsizlik dalğalarına səbəb ola biləcəyi qorxusuna qapılıblar. Onlar indidən kütləvi etirazlar baş verdiyi təqdirdə nə qədər sadiq tərəfdarlarının olduğunu anlamağa çalışırlar”, - deyə yazıda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR