İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb

468 27.08.2022 10:42 Region A A

Avqustun 14-də Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb.

Bu barədə “Report” “ArmLur.am”a istinadən xəbər verir.

Məlumata görə, partlayışla bağlı saxlanılanlardan biri ticarət mərkəzinin direktor müavini, digəri isə partlayışın baş verdiyi ərazinin icarəçisidir.

Portal hadisə ilə əlaqədar daha iki nəfərin saxlanılması haqqında məlumatı da dəqiqləşdirməyə müvəffəq olub. Qeyd edilir ki, həmin şəxslər partlayışa səbəb olan pirotexniki vasitələrin saxlanıldığı anbarın işçiləri olub.

Saxlanılanlar barəsində cinayət işi başlanıb və onlara qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, avqustun 14-də ticarət mərkəzində pirotexniki vasitələr olan anbar partlayıb, nəticədə 2,8 min kvadratmetrdən çox sahəsi olan üçmərtəbəli bina qismən dağılıb. Partlayış nəticəsində 16 nəfər ölüb, 2 nəfər itkin düşüb. Hadisə zamanı paytaxtın müxtəlif tibb mərkəzlərinə yerləşdirilən uşaqlar da daxil olmaqla ümumilikdə 62 nəfər xəsarət alıb.

Avqustun 17-18-də Ermənistanda matəm elan edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR