İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan yenidən bizim əsgərlərin təhlükəsizliyi üçün təhdid yaradır” - Sahib Alıyev

797 18.10.2022 19:06 Gündəm A A

Deputat Sahib Alıyev Milli Məclisin iclasındakı çıxışında regionda yenidən gərginlik yaratamağa çalışanlar barədə danışıb.

Sahib Alıyev bildirib ki, bu gün Azərbaycana yanaşmada eyni mövqedə durduqları dövlətlərin də dəstəyi ilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin yeni təxribatlara hazırlaşdığı açıq-aydın hiss edilməkdədəir: “Bir tərəfdən göndərilməsində Makronun müəyyən rol oynadığı missiyanın regiona gəlməsindən, digər tərfdən Fransadan daha böyük dəstək gördükləri və umduqları İranın Azərbaycan sərhədləri boyunca keçirdiyi hərbi təlimlərdən ruhlanan Ermənistan yenidən bizim əsgərlərin təhlükəsizliyi üçün təhdid yaradır, mövqelərimiz qarşısında ağır artilleriya və digər texnika cəmləşdirirlər ki, bunu hətta özləri də etiraf edirlər. Başqa bir ertirafı isə dünən baş nazir ağaye Paşinyan etdi.

Paşinyanın guya Naxçıvana gedən kommunikasiya xətlərini açmağa hazır olduqlarını bildirib, ardınca da Azərbaycanın yenidən başlarını əzməyə hazırlaşdığını vurğulamsı məhz o deməkdir ki, qarşı tərəf növbəti təxribat planlaşdırır. Və bu təxribatların da cavabsız qalmayacağını bildiyindən qabaqdangəlmişlik edir. Yəqin ona söz verilib ki, təmas xəttində hər hansı toqquşma olduğu halda göndərilən missiya Ermənistanın mövqeyindən çıxış edəcək, digər tərəfdən isə Azərbaycanın güclənməsində özünün zəifləməsini görən başqa bir qonşumuzun keçiridyi təlimərdən ruhlanıb onların yenidən yardımlarına qaçacaqları düşüncəsindədir. Görünür, doğrudan da qozbeli ancaq qəbir düzəldə bilər. O, indiydək baş verənlərdən hələ də doğru nəticə çıxara bilməyib. O ki qaldı Azərbaycana Emənistandan da betər yanaşanlara, onların əmmaməli generalının islam torpağında İsrailin olmasına yol verməyəcəkləri haqda hədəsinə, maraqlıdır, islam torpağı nədir, bu nə termindir və onlar, imanı olmayanlar hansı haqala din adından danışrlar”.

S.Alıyev daha sonra bunları deyib: “Axı, imanları vardısa, niyə işğal dövründə hayların Azərbaycan torpaqlarında məscidlərin başına nə oyun açdıqlarını görmürdülər? Amma Azərbaycan - İsraill əməkdaşlığı haqda yalanlar uydururlar. Özüləri də yaxşı bilə-bilə ki, bu əməkdaşlıq qətiyyən İran əlyehinə olmayıb, deyil, amma işğal altındakı torpaqlarımızın azad edilməsində də az rol oynamayıb. Biz yaxşı anlayırıq ki, əmmaməlilər, İsrailə həm də ona görə nifrət edirlər”.

Sonda S.Alıyev xanım sədri və həmkarlarını Müstəqilliyimizin Bərpası və Xudafərinin azad olunması Günüylə bağlı təbrik edib: “Xudaəfərinin məhz bu gün azad edilməsində, orada Azərbaycan bayrağının qaldırılmasında elə bir rəmzlik vardı ki, onu bu mənzərəni birbaşa Arazın o tayından gözü yaşlı seyr edən soydaşlarımız qədər kimsə nə duya, nə yaşaya bilərdi. Müstəqilliyin əbədi olsun, bayrağın bütün azərbaycanlıların arzuladıqları hər yerdə dalğalansın, Azərbaycan!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR