İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yanğını hərbi helikopterlə söndürür

648 02.09.2022 20:54 Region A A

Ermənistan Müdafiə Nazirliyinin helikopteri Tavuş vilayətində baş vermiş yanğının söndürülməsinə cəlb olunub.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Avqustun 31-də günorta saatlarında İcevan şərab zavodunun yaxınlığında ot örtüyünün yanması barədə məlumat daxil olub. Sentyabrın 1-də baş vermiş 4 yanğından 3-ü söndürülüb. Hazırda 7-8 hektara yaxın ot örtüyü yanır. Hadisə yerinə 1 helikopter və 102 yanğınsöndürən və xilasedici cəlb olunub”, - məlumatda deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR