İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan-Rusiya yolu tam BAĞLANDI

2353 27.11.2023 14:29 Son xəbər A A

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol əlaqəsi – “Yuxarı Lars” beynəlxalq buraxılış məntəqəsi yenidən bağlanıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, Gürcüstandan Rusiyaya gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti xəbəri təsdiqləyib. Eyni zamanda Şimali Osetiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, pis hava şəraiti ilə əlaqədar Vladiqafqazdan Larsa bütün növ nəqliyyat vasitələrinin hərəkəti növbəti xəbərdarlıq edilənədək bağlanıb. Bir gün əvvəl məntəqədən sərnişinlərin keçidinə və sərnişin nəqliyyatının hərəkətinə icazə verildiyi açıqlanmışdı.

“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buzla əlaqədar yük maşınlarının hərəkəti yenidən məhdudlaşdırılıb” - Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Yuxarı Larsda bütün növ nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, çoxsaylı erməni yük maşınları Rusiya-Gürcüstan sərhədini keçib.

Göründüyü kimi, Ermənistanın taleyini həll edən məntəqə son iki gündə hava şəraiti səbəbindən gah açılır, gah da bağlanır. Rəsmi İrəvan hələ də daşı ətəyindən töküb, Zəngəzur dəhlizinin açılmasına razılıq vermir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR