İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Qarabağ ermənilərini sərhəddə yerləşdirəcək

1847 28.11.2023 18:15 Son xəbər A A

Qarabağdan gedən erməni ailələr 2024-cü ilin sonuna kimi Ermənistanın sərhəd kəndlərində mənzil ala biləcəklər.

Musavat.com bildirir ki, bunu Ermənistanın Sosial Əmək Nazirliyinin rəis müavini David Xaçatryan yerli mediaya deyib.

Onun sözlərinə görə, sözügedən məsələnin həlli üçün bir şərt var: ər-arvaddan birinin Ermənistan vətəndaşlığı olmalıdır. Proqramda iştirak etmək üçün 80 yaşayış məntəqəsindən birində torpaq sahəsi almaq və ya artıq ona sahib olmaq, ərizə vermək, icazə almaq və kredit almaq üçün beş bankdan biri ilə əlaqə saxlamaq lazımdır. Dövlət dəstəyi yalnız ipoteka ilə fərdi yaşayış binasının tikintisinə verilir. Dəstəyin ümumi məbləği 16 milyon dram (40 min dollar) təşkil edir.

Qeyd edək ki, Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərində 1988-89-cu illərədək əsasən azərbaycanlılar yaşayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR