İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidenti də sülhdən danışdı

1355 17.09.2023 16:13 Siyasət A A

Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa çalışır, lakin əsas fikirayrılığı Qarabağ məsələsi ətrafında qalır.

Musavat.com xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdəki səsvermədən sonra deyib.

Dövlət başçısı Ermənistan hakimiyyətinin Qarabağdan uzaqlaşdığına inanmadığını bəyan edib. Onun sözlərinə görə, problem həqiqəti söyləmək və onu dinləməyə hazır olmaqdır.

Xaçaturyanın fikrincə, İrəvanın Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini həll edə bilməsi üçün atmosfer yetişib. O deyib ki, hakimiyyət orqanlarının bu məsələ ilə bağlı səslənən hər hansı bəyanat və ya şərhlərin reallıqla heç bir əlaqəsi yoxdur. Bildirib ki, çox çətin danışıqlar prosesi gedir. Prezident bu halı nəzərə almağa çağırıb.

O, eyni zamanda qeyd edib ki, sülh müqaviləsinin tezliklə imzalanması Ermənistanda gələcəyə inam, etimad mühiti yaradacaq, sərhədlərin və suverenliyin toxunulmazlığını təmin edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR