İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin sədri: “Biz KTMT-ni deyil, KTMT bizi tərk edir”

1627 24.11.2022 15:49 Region A A

“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür və bundan narahatıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 24-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.

“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq gərəkdir. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, - deyə, o əlavə edib.

Simonyanın sözlərinə görə, bu gün KTMT-yə üzv olan Ermənistanın “ərazisində” üçüncü dövlətin, Azərbaycanın qoşunları var.

“Təşkilata üzv ölkələr bununla necə barışa bilirlər, anlamıram”, - deyə, Ermənistan parlamentinin spikeri bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR