İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində 1999-cu ildə baş vermiş terror aktı ilə bağlı cinayət işinə yenidən baxılır

531 25.12.2019 23:15 Dünya A A

Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Prokurorluğun sözçüsü Arevik Xaçatryan deyib.

Onun sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib. “Şikayət Baş Prokuror tərəfindən təmin edilib və iş davam etdirilməsi üçün istintaq orqanına göndərilib”.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup cinayətkar parlamentə daxil olaraq iclas zalını odlu silahlardan davamlı atəşə tutmuşdular. Cinayətkar dəstə özlərilə bir neçə nəfəri girov götürmüşdü. Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülmüşdü.

Beş il sonra 7 terrorçunun məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, digəri isə 14 il azadlıqdan məhrum edilib. Lakin terror aktının əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR