İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan İstintaq Komitəsi Masis meriyasına silahlı hücumu terror aktı adlandırıb

536 20.08.2022 21:28 Region A A

Ermənistanın İstintaq Komitəsi (İK) silahlı şəxsin Masis şəhərinin meriyasının binasına daxil olmasını terror kimi səciyyələndirib.

 Musavat.com bu barədə “Report”a istinadən xəbər verir.

Qeyd olunub ki, Ermənistanın İstintaq Komitəsi Masis şəhər meriyasında terror aktının hallarının aydınlaşdırılması üçün istintaq və prosessual hərəkətlər həyata keçirir.

İstintaq Komitəsi 36 yaşlı Eduard Marqaryanın intihar etməsi faktı ilə də cinayət işi açıb.

Qeyd edək ki, bu gün partlayıcı qurğu ilə silahlanmış şəxs Masis meriyasının binasına soxularaq onu partlatmaqla hədələyib. Polis xüsusi əməliyyat keçirən zaman 36 yaşlı Eduard Marqaryan intihar edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR