İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan diplomatları yenə də vasitəçilərin ətəyindən tutublar

625 04.03.2024 21:38 Ölkə A A

Amerikanın tanınmış “Newsweek” jurnalında Azərbaycan Ermənistan arasında münasibətlərə həsr olunmuş məqalə çap olunub. 

Musavat.com xəbər verir ki, məqalənin müəllifi ilə söhbət zamanı Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Azərbaycanın guya ki, Ermənistanı işğal etmək niyyəti kimi cəfəng iddialara bir daha cavab verib. Belə ki, səfir Süleymanov Azərbaycanın heç bir zaman belə bir niyyətinin olmadığını və yalnız Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan arasında təhlükəsizlik şəraitində dəhlizin fəaliyyət göstərməsini istədiyini vurğulayıb.

Səfir bu kimi iddiaları irəli sürən bəzi qüvvələrin sanki regionda yenidən münaqişlərin alovlanmasını istədiyini bildirib. 

Screenshot_2.png (777 KB)

O, qeyd edib ki, üçüncü dövlətlərin Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında əlaqələndirmənin əsas məqsədi yalnız ikitərəfli, birbaşa, platforma yaratmaq olmalıdır. Hər hansı üçüncü dövlət digər maraqlar güdürsə və ya danışıqlar prosesini manipulyasiya etməyə çalışırsa, bu nə sülhə nə həmin üçüncü dövlətə nə də Ermənistana fayda gətirəcək.

Maraqlıdır ki, Ermənistanın Birləşmiş Kralllıqdakı səfiri Varujan Nersesyan öz tərəfindən, danışıqlar prosesində vasitəçilərin təmin olunmasının və birbaşa iştiraklarının arzuolunan olduğunu deyib. 

Screenshot_3.png (716 KB)

Görünür ki, müstəqilliyi tam şəkildə təmin edə bilməyən Ermənistan üçüncü dövlətlərə hələ də möhtacdır.

Məqalənin mətni: https://www.newsweek.com/us-russia-great-power-contest-peace-talks-armenia-azerbaijan-1875089

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR