İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycandan yanacaq alır: qiymətlər kəskin ucuzlaşır

9750 08.01.2026 13:28 Dünya A A

Ermənistan hökuməti Azərbaycandan neft məhsullarının növbəti partiyasının idxalını rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlayıb.

Nazirin sözlərinə görə, bu dəfə Ermənistana Azərbaycandan premium sinif benzin, adi benzin və dizel yanacağı gətirilir. İlkin hesablamalara əsasən, idxal olunan yanacağın qiyməti bazar qiymətlərindən təxminən 80 dram ucuz olacaq.

Papoyan bildirib ki, bu addım daxili bazarda qiymətlərin sabitləşdirilməsinə və yanacaq xərclərinin azaldılmasına xidmət edir.

Qeyd edək ki, bu, Azərbaycandan Ermənistana neft məhsullarının ikinci partiyasıdır və rəsmi İrəvanın bu istiqamətdə açıqlamaları regionda diqqətlə izlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR